Bakıda "135" saylı avtobus yandı

Bakıda 135 saylı avtobus yandı
Hadisə 291

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yanan avtobusla bağlı məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb.

Xəsarət alan olmayıb.

Bilavasitə yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub.

*** 12:57

Paytaxtın Binəqədi rayonunda nəqliyyat vasitəsi yanır.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə görüntülər daxil olub.

Qeyd edilib ki, hadisə Bakı-Sumqayıt yolunun Avtovağzal dairəsi yaxınlığında qeydə alınıb.

"135" saylı avtobus naməlum səbəbdən alovlanmağa başlayıb. Hadisə yerinə polis briqadası cəlb edilib.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər