Azərbaycan və Sudan arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilir
06
iyl
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı şəkildə azad edəcəklər.
BAKU.WS xəbər verir ki, sözügedən məsələ parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirə edilib.
Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
Oxşar xəbərlər
İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar
Yasamal Rayon İcra Hakimiyyətində struktur dəyişiklikləri və yeni kadr təyinatları olub. BAKU.WS Ölkə.az-a istinadən xəbər verir ki, icra başçısı Elşad Həsənov...