SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Paytaxtın Nizami rayonunda Azərbaycan torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış bir şəxsin xatirəsinə hörmətsizlik edilir.
 
"Nizami rayonu, Çobanzadə küçəsində, 109 saylı orta məktəbin yanında şəhid tibb bacısı Rəhilə Əli qızı Orucovanın xatirəsinə vaxtilə yaradılmış bulaq bərbad və natəmiz bir yerə cevrilib. Xahiş edirik, əlaqədar qurumlar baxıb utansınlar və ölçü götürsünlər", - deyə paytaxt sakinləri bildirir.

Qeyd edək ki, Orucova Rəhilə Əli qızı 1965-ci ildə anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Tibb Məktəbinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Erməni terrorçu-separatçıları Azərbaycan torpaqlarını işğal etməyə, dinc insanları qətlə yetirməyə başlayanda o da müharibəyə qatılaraq, çiynində tibb çantası, əlində avtomat ərənlərimizlə çiyin-çiyin səngərlərdə, döyüş meydanlarında olub. R.Orucova Goranboy cəbhəsində onlarla döyüşçümüzə ilkin tibbi yardım göstərərək onları ölümün pəncəsindən xilas edib.

Milli.Az
BAKU.WS