SEPAH Bəhreyndəki "Amazon"un bulud hesablama mərkəzinə zərbə endirib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə "Amazon" ("Amazon Web Services") şirkətinin bulud hesablama mərkəzinə zərbə endirdiyini bildirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
SEPAH-ın bəyanatına görə, bu hücum düşmənə ünvanlanan ilk praktiki xəbərdarlıq olub.
"Əgər xəbərdarlıqlara məhəl qoyulmasa və qətllər davam edərsə, adlarını artıq açıqladığımız növbəti şirkətləri çox daha sərt şəkildə cəzalandıracağıq. Bu şirkətlərin regionda tamamilə məhv edilməsinin məsuliyyəti ABŞ Prezidentinin üzərinə düşür", - məlumatda bildirilib.
Bundan əlavə, bu gün SEPAH Bəhreyndə adanın demək olar ki, bütün poladtökmə və metallurgiya sektorunu özündə birləşdirən Əl-Həd sənaye şəhərinə raketlər atıb.
Yaxın Şərqdə hərbi münaqişə başlayandan bəri "Amazon Web Services" (AWS) məlumat mərkəzləri dəfələrlə zərbələrə məruz qalıb.
Daha əvvəl SEPAH hücumlar nəticəsində İran vətəndaşlarının həlak olmasına cavab olaraq ABŞ şirkətlərinə zərbələr endirəcəyi ilə hədələmişdi.
Oxşar xəbərlər
Tramp ABŞ-nin Baş prokurorunu işdən çıxarıb
ABŞ Prezidenti Donald Tramp Baş prokuror Pem Bondini vəzifəsindən azad etdiyini bildirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə o, "Truth Social...