Aprelin birindən küçədə bunu etsəniz 30 AZN cərimələnəcəksiniz
Azərbaycanda elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr müəyyənləşib.
BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.
Dəyişikliyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək məbləğdə cərimə ediləcəklər.
Qanun 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.
Oxşar xəbərlər
Abşeronun bu qəsəbəsində zibil əlindən dayanmaq mümkün deyil
Abşeron rayonunun Hökməli qəsəbəsində zibil və üfunət qoxusundan dayanmaq mümkün deyil. Bu barədə BAKU.WS-in "qaynar xətti"nə görüntülər daxil olub. Qeyd edilib...