"Mənim kimi müğənni "Jiquli"də gəzməlidi?" - "Rolls-Royce" aldı
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur rusiyalı müğənni Maşa Rasputina sahib olduğu bahalı avtomobillə bağlı tənqidlərə cavab verib.
BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, ifaçı qatıldığı proqramda aparıcı ondan lüks avtomobilinin və daşınmaz əmlakının faktiki gəlirinə nə dərəcədə uyğun olduğunu soruşub. Müğənninin reaksiyası gözlənilmədən sərt oldu.
"Mən heç vaxt xaricdə ev sahibi olmamışam. Uşaqlar, mən kiməm? Mən Mariya Nikolayevna Rasputinayam. Rus pop ulduzuyam!", deyə müğənni bildirib.
Maşa həmçinin vurğulayıb ki, lüks həyat onun kimi bir insan üçün bir şıltaqlıq deyil, zərurətdir:
"Jiquli" sürməliyəm? Nə danışırsan? Bir düşün! Beləliklə, biz bahalı "Rolls-Royce" aldıq və indi konsertlərə, təqdimatlara onunla gedirəm. Dəbdəbəli şəkildə gəzməliyəm. Ulduzlar belə yaşamalıdır".
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...