Bu azərbaycanlı məşhurlar Rasim Balayevlə qohumdur
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün əvvəl vəfat edən Xalq artisti Rasim Balayevin azərbaycanlı məşhurlarla qohum olduğu üzə çıxıb.
BAKU.WS xəbər verir ki, bu barədə müğənni Aynur Dadaşova "İncə səhər" verilişinə qonaq olarkən bildirib.
İfaçı mərhum Xalq artisti, görkəmli aktyor Rasim Balayev ilə qohum olduğunu qeyd edərək bu faktın onun üçün qürurverici olduğunu vurğulayıb. O, ailələri arasında qız alıb-vermə münasibətlərinin olduğunu da diqqətə çatdırıb.
Mərhum sənətkarın digər məşhur qohumu isə aparıcı Aytən Səfərovadır. O bu barədə sosial şəbəkə hesabında qeyd edib.
Səfərova Rasim Balayev vəfat edən zaman onunla bağlı şəxsi instaqram hesabında təsirli paylaşım edib:
"Nəslimizin fəxri, gəlinbacımın sevimli dayısı Rasim müəllim… artıq Bəxtilə nənənin yanındasınız… Məkanınız cənnət olsun", - deyə o paylaşımda bildirib.
Xatırladaq ki, Rasim Balayev uzun müddət ağciyər xərçəngindən əziyyət çəkib. Türkiyədə müalicə alan aktyor mart;n 29-da səhər saatlarında İstanbulda "Memorial" klinikada vəfat edib. Sənətkar I Fəxri Xiyabanda torpağa tapşırılıb.
Oxşar xəbərlər
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
Müğənni Özcan Denizin həyat yoldaşı Samar Dadqar bacısı oğlunun dəfninə qatıla bilməyib. BAKU.WS xəbər verir ki, o bu barədə qatıldığı "Son Yemek" filminin qal...