İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 1 345 nəfərə çatıb
02
apr
2026
21:03
Eskalasiya başlayandan bəri İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 1 345 nəfərə çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha 4 040 nəfər yaralanıb.
Səhiyyə sahəsində fövqəladə hallar üzrə əməliyyatlar mərkəzinin gündəlik hesabatında vurğulanıb ki, ölənlər arasında 125 uşaq və 91 qadın var.
Həmçinin qeyd olunub ki, təkcə son sutka ərzində ölkədə 27 nəfər öldürülüb, 105 nəfər yaralanıb.
Ötən gün martın 2-dən bəri 1 318 nəfərin öldüyü bildirilmişdi.
Oxşar xəbərlər
Sakit Okean sahillərində 7.2 ballıq zəlzələ - Sunami təhlükəsi elan olunub
Sakit okeanda, Vanuatu sahillərində 7,2 maqnitudalı zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanla...