ANS Mehriban Əliyevanı "2015-ci ilin adamı" elan etdi
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, birinci xanım Mehriban Əliyevanı "2015-ci ilin adamı" elan edib. BAKU.WS-in məlumatına görə, Mehriban xanım bu mükafata Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsindəki roluna, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində göstərdiyi fəaliyyətə, Azərbaycan və Dünya mədəniyyətinin inteqrasiyası üçün gördüyü işlərə, ölkədə multikulturalizm mühitinin formalaşdırılmasındakı töhfəyə və davamlı xeyriyyəçilik fəaliyyətinə görə layiq görülüb. Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu 2005-ci ildə də Mehriban Əliyevaya "ilin adamı" mükafatını təqdim etmişdi. Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. 2005-ci ildə "Evtanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. Azərbaycanda ilin adamı mükafatı 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, müsbət imicinin formalaşdırılması naminə samballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülür. BAKU.WS
Oxşar xəbərlər
Mehriban Əliyeva kimsəsiz uşaqlarla birgə (FOTO)
Dekabrın 24-də Heydər Əliyev Fondu uşaqlar üçün növbəti dəfə şənlik təşkil edib. BAKU.WS Azərtac-a istinadən məlumat verir ki, budəfəki şənliyə Bakı şəhərindək...