"Eşref Rüya" serialının 37 yaşlı aktyoru vəfat etdi
02
apr
2026
10:05
"Eşref Rüya" serialının gənc aktyoru Ramazan Tetik vəfat edib.
BAKU.WS xəbər verir ki, o aorta damarının yırtılması nəticəsində həyatını itirib.
37 yaşlı Tetik 13 saat davam edən riskli əməliyyatdan sonra reanimasiyaya yerləşdirilmişdi. Daha sonra gənc aktyorun vəfat xəbəri gəlib. Bu xəbər onu sevənləri yasa boğub.
Aktyor üçün bir müddət əvvəl qan köçürülməsi üçün donor axtarılıb.
Tetikin dəfn mərasimi ilə bağlı məlumatlar hələ ki, açıqlanmayıb.
Aktrisa Çiğdem Tunçun paylaşımına görə, Ramazan Tetik aktyorluqla yanaşı kuryer kimi də çalışıb.
Oxşar xəbərlər
Bacısının toyuna getməyən Burak Özçivit: "Niyə hücum edirsiniz?"
Ötən gün məşhur aktyor Burak Özçivitin bacısı Burçun Özçivitin toyu olub. Lakin aktyor işləri səbəbindən but toya qatıla bilməyib və bacısını bu xoş gün münasib...