Xalq artisti: "Adi məhəlləyə köçdüm, orada yaşayanlardan artıq deyiləm!"
Yeniliklərdən dərhal xəbərdar olun
"Mən çox adi bir məhəlləyə köçdüm. Orada adi insanlar qalırlar. Həmin blokda adi insanlar yaşayırlar. Ömrümün üstünə daha da ömür gəlir".
BAKU.WS xəbər verir ki, bu sözləri rejissor Nail Naiboğlunun yutub layihəsinə qonaq olan Xalq artisti Afaq Bəşirqızı deyib.
Aktrisa qeyd edib ki, artıq sadə insanların yaşadığı binada qalır.
Bu cür yaşamaq onu xoşbəxt edir, həmçinin oranın havası onun sağlamlığına müsbət təsir edir:
"Hamı mənə deyir ki "Afaq xanım burada yaşayırsınız?" Deyirəm ki, bəli... Kimdən artığam ki?!... Hazırda da orada yaşayıram. Orada yaşayanlar bəyəm məndən əskikdir? Çox gözəl havası var. Mənim ürəyimə, sağlamlığıma yaxşı təsir göstərir. Yaşlısı, gənci hamısı mənə hörmət edir. Sadə insanların içində yaşamaq böyük xoşbəxtlikdir".
Ətraflı videoda:
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...