Qərbi Kaspi Universitetinin ödənişsiz oxuyan tələbələrindən 375,08 manat niyə tələb edilir?
Qərbi Kaspi Universitetinin bəzi tələbələri narazıdır.
Bu barədə şikayətlər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilir ki, universitetdə dövlət sifarişi əsasında təhsil alan bəzi tələbələrdən 375,08 manat məbləğində ödəniş tələb olunur. İddia olunur ki, bu məbləği ödəməyən tələbələr imtahanlara buraxılmayacaqları ilə bağlı xəbərdar ediliblər.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlayan tələbələrə bildirilib ki, dövlət sifarişi ilə təhsil alan şəxslərdən əlavə ödəniş tələb edilməsi qanunvericiliyə uyğun deyil və əsassızdır.
Sözügedən halla bağlı biz də nazirliyə sorğu ünvanladıq. Universitetlə isə təəssüflər olsun ki əlaqə qurmaq mümkün olmayıb.
Oxşar xəbərlər
Abbasqulu ağa Bakıxanovun doğulub böyüdüyü ev qəzalı vəziyyətə düşüb
Abbasqulu ağa Bakıxanovun Bakının Əmircan qəsəbəsində doğulub boya başa çatdığı ev şiddətli yağışlardan sonra qəzalı vəziyyətə düşüb. BAKU.WS xəbər verir ki, b...