Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq
Sosial 6

SOCAR-ın Qaz İxrac İdarəsi diametri 530 mm olan "Qaradağ-Sumqayıt" yüksək təzyiqli magistral qaz kəmərinin 47-ci kilometrliyində təmir işləri aparmağı planlaşdırır.

BAKU.WS xəbər verir ki, magistral kəmərin Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun kəsişməsində yeni çəkilmiş 144 metr uzunluğunda olan hissəsi qaz nəqli sisteminə birləşdiriləcək.

Təmir zamanı bu gün səhər saat 09:00-dan etibarən işlər başa çatanadək Abşeron rayonu, Xırdalan şəhəri, Atyalı yaşayış massivi, Hökməli, Qobu, Daş-Güzdək, Aşağı Güzdək kəndləri, Müşviqabad qəsəbəsi və qəsəbədəki Qaçqınlar Şəhərciyi, Çiçək yaşayış massivi, 28 May qəsəbəsi, Çaylı-Qobustan yaşayış massivi, Pirəkəşkül, Ceyranbatan və Saray qəsəbələrində qaz təchizatında müvəqqəti məhdudiyyətin yaranacağı gözlənilir.

Oxşar xəbərlər

Abşeronda böyük tikinti - 23 küçə və yol təmir olunur - FOTO

Abşeronda böyük tikinti - 23 küçə və yol təmir olunur - FOTO

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Abşeron rayonunun ərazisində avtomobil yolları...

590 Sosial 11:19 21 aprel 2020

Son xəbərlər