10 ildir Qaraçuxur sakinlərinin gününü qara edən problem niyə həll edilmir?
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində yerləşən beşmərtəbəli binanın zirzəmisinə kanalizasiya suları dolur.
BAKU.WS xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, problem artıq 10 ildən çoxdur davam edir. Bildirilir ki, kanalizasiya suları yanaşı bloklardan axaraq binanın zirzəmisində toplanır və ərazidə kəskin üfunət yaradır.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini deyirlər. Onların sözlərinə görə, ərazi üzrə mənzil-kommunal istismar idarəsinin əməkdaşları bir neçə dəfə ərazidə təmir işləri aparsalar da, problem birdəfəlik həll olunmayıb.
Sakinlər, həmçinin bildirirlər ki, təmir zamanı qazıntı aparılan ərazilər sonradan asfaltlansa da, zaman keçdikcə həmin hissələrdə çökmə və aşınmalar yaranır. Bu isə piyadaların hərəkətini çətinləşdirir.
Oxşar xəbərlər
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Bakının Nəsimi rayonunun Ceyhun Hacıbəyli küçəsində yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar qazıntı işləri aparılmış hissədə yol örtüyünün bərpas...