"Yeşilçam" ulduzu "Eşref Rüya"da çəkiləcək
24
fev
2026
13:22
Türkiyənin reytinqli layihələrindən olan "Eşref Rüya" serialına yeni sima daxil olacaq.
BAKU.WS xəbər verir ki, bu dəfə ekran işində "Yeşilçam" ulduzu Nuri Alço çəkiləcək.
Baş rollaıını Çağatay Ulusoy və Demet Özdemirin canlandırdığı serialda Alço "İhtiyar" obrazına həyat verəcək.
Məlumat üçün bildirək ki, "Eşref Rüya" serialının bir bölümü 23 milyon lirəyə (892 400 AZN) başa gəlir.
Bu səbəbdən 2025-ci ilin ən yüksək büdcəli ekran işi hesab olunur. Serialın ilk bölümü 20 gün ərzində 23 milyon insan tərəfindən izlənilib.
Oxşar xəbərlər
Məşhur aktyorun vida mərasimində qızının göz yaşları sel oldu
İki gün əvvəl vəfat edən mərhum aktyor Ali Tutalın yas mərasimi keçirilir. BAKU.WS xəbər verir ki, məclisdə aktyorun ailə üxvləri yaxınları və dostları iştirak...