Xatirə onu tənqid edən Elzaya: "Kim sənə dəli deyir, dəli onun nəslidir" - VİDEO

Xatirə onu tənqid edən Elzaya: Kim sənə dəli deyir, dəli onun nəslidir - VİDEO
Video
Şou-biznes 7345
Damlanı yıxıb-sürüyən Elza Seyidcahan Xatirə İslamda da qüsur tapıb.BAKU.WS xəbər verir ki, Elza "ATV Maqazin onlarla" proqramında ifaçının mahnısını bəyənmədiyini dilə gətirib: "Düzdür, çox gözəl, ürəklə oxuyub. İfası, tərzi, boğazlar səliqəlidir. Amma mahnısı bəsitdir. Azərbaycanca oxusa da, Azərbaycan musiqisi deyil. Türk orkestri ilə türk aranjemanıdır. İndi bizdə belə mahnılara can atılır. Mən səni gördüm, sevdim, öpürəm səni, sabah görüşərik". Xatirə Elzanın bu iradlarına "İnstagram"da cavab verib: "Gözəllər gözəli, cazibədar qadın, dəyərli bəstəkar və fərqli müğənni, axı sizə nə oldu, niyə əsəbisiniz? Nə desən də səni sevirəm. Özü də kim sənə dəli deyir, dəli onun nəslidir, sən, itin dilin bilirsən. Hər şey qurban olsun sənin kirpiklərinə. Mənim divam". Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər