Xatirə İslamdan qızlara məsləhət: Ərə getmək istəyirsizsə, İlham Mirzəyevin verilişinə gedin - VİDEO

Xatirə İslamdan qızlara məsləhət: Ərə getmək istəyirsizsə, İlham Mirzəyevin verilişinə gedin - VİDEO
Video
Şou-biznes 1893
"Ərə getmək istəyirsizsə, İlham Mirzəyevin verilişinə gedin. Mən getdim, bir həftəyə iki elçi gəldi". Bu sözləri müğənni Xatirə İslam deyib.BAKU.WS -in məlumatına görə, İlham Mirzəyevin "Xatirə İslamı mən ərə vermişəm" açıqlaması böyük müzakirələrə səbəb olub. İfaçı İlham Mirzəyevin 50 illik yubileyindəki bu açıqlaması ilə razılaşdığını bildirsə sə, "instagram" səhifəsində mövzuya bir daha qayıdıb. O, gözəllik salonunda makiyaj edərkən, ərə getmək istəyən qızlara İlham Mirzəyevin verilişinə getməyi məsləhət verib. Xatırladaq ki, İlham Mirzəyev yubiley məclisində "Xatirə mənim "Etiraf" verilişimə çıxdıqdan sonra ərə getdi. Verilişim ona düşərli oldu. Verilişdən sonra zənglər gəlməyə başladı. Xatirəyə elçilər çıxmışdı. Bax, Xatirənin ərinin anası dedi ki, biz Xatirəni müğənni kimi tanıyırıdıq, amma onun iç üzünü, necə insan olduğunu sənin verilişində gördük. Vallah, oğlum dəli-divanədir. Nömrəsini ver bizə. Nömrəsini verdim, elçi getdilər. Aldılar, hazırda bir oğlu da var. Xatirə, yalan deyirəmsə, söylə". Xatirənin onun sözlərini qismən təsdiqləmişdi: "Hamısını düz deyirsən, amma o elçi gələnə getmədim. Başqasına getdim. İkisi də eyni ərəfədə elçi gəldi, mən seçimimi o biri tərəfə etdim. Sənin dediklərin hamısı düz çıxdı. Ağzın faldı". Zülfiyyə Qurbanova BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər