Xalq artistinin qızı ermənilərdən oğurluqda ittiham edilir (VİDEO, FOTO)

Xalq artistinin qızı ermənilərdən oğurluqda ittiham edilir (VİDEO, FOTO)
Video
Şou-biznes 3132

Stilist Anar Ağakişiyevlə xalq artisti Ramiz Novruzun qızı Şəfəq arasında qalmaqal davam edir. 

BAKU.WS məlumat verir ki, "Atv maqazin 10larla" verlişində açıqlama verən stilist həmkarını təhqir etmişdi. Onu ermənilərdən oğurluq etməkdə ittiham etmişdi. Şəfəq Ramizqızı isə öz növbəsində A.Ağakişiyevə cavabında bunları yazıb:

"Hazırda şokdayam. İlahi nitqim qurudu onların özlərini aparmaqlarını görəndə. Necədə içləri dolu imiş, necədə əsəbləşirmişlər mənim varlığımdan. Bununla bir daha sübut etdilər ki, Şəfəq öz sözünü demiş, 17 il iş təcrübəsi olan stilistdir. Qaldı sözügedən işə, bu videonun ideyasini bizə mənim dəyərli atam, xalq artisti Ramiz Novruz verib. Bu videoda heç bir qeyri-adi bir şey yoxdur ki, biz onu ermənilərdən oğurlayaq. Bunu türk ərgərləri, futbol həvəskarları, amerika əsgərləri də edib.

Deməli mənim adım heç heyvan dəftərində yox imiş. Mənə məlumat gəldi ki, bu dəyərli müğənnimiz Aygün Kazımovanın ad günündə oki var və ürəyini boşaldıb. 

Budur da Azərbaycanın dünyada tanınan, görkəmli stilisti, başından yağ damır. Səni dünyada kim tanıyır axı? Allah sən saxla, ulduz xəstəliyi bunları öldürəcək".

Anar Ağakişiyevin cavabı isə qalmaqalı daha da böyüdüb:

"Bildiyin elə bu qədərdir. Adını stilist qoyub, camaata dərs deyir. Halbuki, onun özünə dərs deyən lazımdır. Öz fantaziyası olmayıb, ermənilərin ideyasını oğurlayır. Hələ bu azmış kimi, ermənini (stilist Georgiy Kot - red.) apreldə dərs demək və pul qazandırmaq üçün Azərbaycana dəvət edir. Onun anası və arvadı ermənidir. 

Keçmişini unutma, 2001-ci ildə məndən saç düzümlərini öyrənib, gedib öz əl işin kimi təqdim etmisən. Hətta bunu başqa stilistə də etiraf etmisən. Bəli, mən dünyada tanınıram. Nikol Şerzinger, İrina Şeyk, Alsu kimi məşhurlarla çalışmışam. Bunları həzm etmək sənə çətindir. Bir erməni stilistinin əl işinin eynisini oğurlayıb. Niyə sənin millətinin başına oyun açan birini təkrarlayırsan? Sizcə, xalq artistinin qızına belə bir addım atmaq yaraşar? 

Kimdənsə ideya oğurlamaq çox gülməlidir. Əgər özünə güvənən bir vizajistsənsə, özünə məxsus olacaq bir iş ərsəyə gətirərdin. Mənə deyir ki, guya Aygün Kazımovanın ad gününə saçım yağlı halda qatılmışam. Onun stildən anladığı budur. Mənim reklama ehtiyacım yoxdur. Amma təəssüf ki, mən açıqlamamla ona reklam qazandırmış oldum. Bizim ortaq dostumuz ona ermənilərin ideyasını oğurladığını deyib. Şəfəq isə qayıdıb ki, "nə olsun?". Bu cavabı eşidəndən sonra özümü saxlaya bilmədim və onunla bağlı aqressiv açıqlama verdim. İnsan öz tarixinə nə qədər laqeyd ola bilər? Atasının fəxri adı arxasında gizlənir. Deyir ki, guya ideyanı ona atası verib. Bununla kimi susduracaq? Yaxşı olardı, çıxıb səhvini etiraf edərdi, deyərdi ki, "Bilmədən olub".  Sosial şəbəkədə mənə qarşı qara piar aparır, camaatın fikrini yayındırmaq istəyir. Bu etdikləri bir anlıqdır, unudulub gedəcək, amma onun pis əməlinin üstünü örtməyəcək. Fakt olduğu kimi qalacaq".

BAKU.WS

 
 

 

 

Son xəbərlər