Xalq artistinin qalmaqallı qızı niqaba büründü, ikinci dəfə ana oldu

Xalq artistinin qalmaqallı qızı niqaba büründü, ikinci dəfə ana oldu
Şou-biznes 10498

 

Bir müddət qalmaqallı şəkilləri və atası haqda açıqlamaları ilə gündəmi zəbt edən aktrisadan xəbər var. 

BAKU.WS 1xəbər.com-a istinadən xəbər verir ki, söhbət xalq artisti Nürəddin Mehdixanlının qızı aktrisa Kəmalə Quliyevadan gedir.

Sənəti ilə vidalaşan aktrisa gözlənilmədən şəriət qanunlarına uyğun olaraq niqaba keçib. 

Bundan sonra Kəmalə Quliyevanın mətbuatdan gizli ikinci toyu olub. 

2015-ci ilin dekabrında isə aktrisa qız övladını dünyaya gətirib. Bundan öncə də Quliyevanın ilk nikahından bir qızı var.

Xatırladaq ki, K.Quliyeva müsahibələrində Nürəddin Mehdixanlının onu və anasını hələ uşaq yaşlarında atdığını və heç vaxt onlara kömək etmədiyini deyib.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər