Tost çörəyindən dürüm (RESEPT)
Səhər yeməyinə nə bişirim deyə fikirləşirsinizsə tost çörəyindən dadlı və xırtıldayan dürüm bişirə bilərsiniz.
BAKU.WS sizinlə asan hazırlanan və iştahaçan tost çörəyindən hazırlanan bu qeyri–adi və maraqlı dürümün reseptini bölüşür:
çörək-6 dilim(ağ və ya qara dilimlənmiş çörək istifadə edə bilərsiniz)
pendir- 6 dilim
2 yumurta
1 stəkan yulaf yarması
duz
bitki yağı(qızartmaq üçün)
Tost çörəyinin kənar qisimləri kəsilir və yalnız ağ iç qisimi buraxılır.Oxlov ilə yüngül açılır .Pendir dilimlərini çörək dilimlərinin üzərinə yerləşdirin.Yumurta kasaya çırpılır,bir ayrı kasaya yulaf yarması tökülür.Pendirlə çörək dilimini rulet formasında büküb əvvəl yumurtaya sonra yulaf yarmasına bulayın.Yağda qızardıb isti xidmət edilir.
Nuş olsun!
Aysel Selcan
BAKU.WS
Oxşar xəbərlər
Məktəblilər üçün ən yaxşı 3 səhər yeməyi (RESEPT)
Yeni dərs ili, yeni bilik, təcrübə, dərslər, fasilə və ev tapşırığı - bütün bunlar üçün enerji lazımdır. Faydalı və sağlam səhər yeməyi uşaqların sağlamlığı üçü...