Bananlı şokoladlı konfet (RESEPT)
Tez və asanlıqla hazırlaya biləcəyiniz çox dadlı və faydalı desert.
Bu qeyri-adi konfet xüsusilə uşaqların sevəcəyi bu desert olduğundan həm adi günlərdə,həm də bayram süfrəsi üçün uygundur.
BAKU.WS sizinlə sadə və dadlı konfetin reseptini bölüşür:
2 ədəd banan
90 qram südlü şokolad
50 qram kokos
İlk olaraq bananların qabığı soyulub dilimlənir(bir barmaq qalınlığında).Yağlı kağız sərilmiş bir qaba düzülərək suyuducuya qoyulur.Bananlar soyuq olduğunda şokoladın donması asan olacaq.Şokolad su hamamında əridilib və soyuması üçün 10 dəqiqə qədər gözlənilir.Geniş bir qaba kokos tökülür.Soyuducuda gözlədilən bananlar əvvəl şokolada daha sonra da kokosa batırılır.Hazır olan konfetlər dondurulub və servis edilir.
Nuş olsun!
Aysel Selcan
BAKU.WS
Oxşar xəbərlər
Küncüdlü qrilyaj (RESEPT)
Həm uşaqların, həm də böyüklərin sevimli şirniyyatı olan məşhur fransız deserti qrilyaj qovrulmuş çərəz və şəkərdən hazırlanır. BAKU.WS 20 dəqiqə vaxt tələb ed...