Tolikdən ŞOK açıqlamalar: Gecə saat 3-də zəng vurub, məndən Günay İbrahimlinin... - VİDEO
24
iyl
2018
16:23
"Heç bir müğənnini heç bir tanımadığım kişi ilə bir masada oturtmamışam. Heç bir müğənninin şəxsi nömrəsini kiməsə verməmişəm".BAKU.WS xəbər verir ki, tanınmış prodüser Tarix Əliyev aparıcısı olduğu "Hər şey daxil" verilişində belə bir açıqlama ilə çıxış edib.O, bu sözlərin ardınca populyar müğənni Günay İbrahimli ilə bağlı hadisəni xatırladıb: "15 ildir tanıdığım bir dostum gecə saat 3-də zəng vurub, məndən Günay İbrahimlinin nömrəsini istədi. Dedim, sənə ayıb olsun. Birincisi o qızın sevgilisi, görüşdüyü insan var, ikincisi də o, yaxşı qızdır. Bu günə qədər heç bir müğənninin şəxsi nömrəsini heç kəsə verməmişəm. O kişinin pulu, vəzifəsi olsa da, heç bir kişinin sözüylə xanım müğənnini kişi məclisində oxutdurmamışam. Heç bir müğənni deyə bilməz ki, Tolik məni kiminsə süfrəsində otuzdurub, kimdənsə gül alıb, gətirib mənə verib. Mən poçtalyon deyiləm. Kimsə mənim cibimə poçtalyon kimi mənim cibimə 100 manat bassa, mən o 100 manatı gül edib, yaxamdan asaram". Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
İlham Mirzəyev: Xatirə İslamı mən ərə vermişəm - VİDEO
"Xatirə İslam mənim "Etiraf" verilişimə çıxandan sonra ərə getdi". BAKU.WS-in məlumatına görə, aparıcı İlham Mirzəyev bu açıqlamanı öz yubiley məclisində edib....