Sponsoru Günay İbrahimlidən ''Bandotdel''ə şikayət etdi - Həbs oluna bilər

Sponsoru Günay İbrahimlidən ''Bandotdel''ə şikayət etdi - Həbs oluna bilər
Şou-biznes 4939
Azərbaycanın populyar müğənnisi Günay İbrahimli həbs oluna bilər.BAKU.WS criminal.az saytına istinadən xəbər verir ki, artıq müğənni və anası bir neçə dəfə Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb.etibarlı mənbədən verilən məlumata görə, xanım sponsoru Günay İbrahimlini külli miqdarda pulunu mənimsəməkdə ittiham edir. İş adamı Nuriyyə Əhmədova ''Bandotdel''ə yazdığı şikayət ərizəsində göstərib ki, G.İbrahimlinin klip çəkilməsi, yeni mahnıları, telekanallarda reklamı üçün 300 min manata qədər pul xərcləyib. Lakin müğənni həmin məbləği geri qaytarmayıb.Şikayət əsasında G.İbrahimli və anası idarəyə çağırılaraq izahatları alınıb. Günay izahatında N.Əhmədovaya 17 min, anası isə 20 min manat borclu olmaları ilə bağlı ziddiyətli ifadələr veriblər. Hazırda BMCMİ-də araşdırma aparılır, şahidlər dindirilir.Onu da bildirək ki, N.Əhmədova məhşur iş adamıdır. Azərbaycandakı tekstil biznesininin böyük hissəsində payı var.BAKU.WS

Oxşar xəbərlər

Günay yenədə hər kəsi özünə heyran qoydu (FOTO)

Günay yenədə hər kəsi özünə heyran qoydu (FOTO)

Məşhur müğənni Günay İbrahimli yeni layihəsi ilə şou-biznesə səs salıb.BAKU.WS xəbər verir ki, bir müddətdir mediadan uzaq gəzən İbrahimli fərqli obrazda kamera...

1917 Şou-biznes 13:15 03 aprel 2018

Son xəbərlər