Günay yenədə hər kəsi özünə heyran qoydu (FOTO)
03
apr
2018
13:15
Məşhur müğənni Günay İbrahimli yeni layihəsi ilə şou-biznesə səs salıb.BAKU.WS xəbər verir ki, bir müddətdir mediadan uzaq gəzən İbrahimli fərqli obrazda kamera önünə keçib.O, “Boho style” tərzində fərqli fotolar çəkdirib.Günay deyir ki, onun haqqında qəribə fikir formalaşıb: “Təxmini iki ay əvvəl Əllərim darıxmasın ekran əsərini təqdim etdim və bir qədər kənara çəkildim. Televiziya proqramlarına az çıxdım, yeni layihələrimə vaxtımı ayırdım. Amma bu müddət ərzində dedilər ki, Günay batıb, yoxa çıxıb. Düşünün, ən işlək sənətçi haqqında belə fikirlər səsləndirirlər. Bəlkə də, iki ay özəl mahnı çıxarmamağım onları bu nəticəyə gətirdi. Nəhayət ki, işlərimizi təqdim etməyə start verdik. İndi sizinlə yeni fotosessiyamı bölüşürəm. “Boho style” adlanan foto-layihəmiz üzərinə böyük komanda çalışıb. Obrazım üzərində Zümrüd Mirzəliyeva, Lamiyə Ağababayeva və Aygün çalışıb. Bir neçə həftə sonra isə iddialı mahnı və klip sizi gözləyir”.Günay İbrahimlinin Ratmir Şərifov tərəfindən çəkilmiş fotolarını sizə təqdim edirik:Rəşad ƏliyevBAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda müğənnilərə ən çox pul verən rayonların adları açıqlandı (VİDEO)
Müğənni Günay İbrahimli Azərbaycanın toylarda ən çox pul verdiyi rayonlarının adlarını açıqlayıb. BAKU.WS-in məlumatına görə, müğənnilər Günay İbrahimli, Ceyhun...