Tolik müğənnilərin pullu kişilərə sevgisinindən söz açdı: Beş biznesmenin qabağında... - VİDEO
01
iyn
2018
22:44
Prodüser Tolik aparıcısı olduğu "Hər şey daxil" verilişində mütəmadi olaraq şou-biznesin eyiblərini, daha doğrusu müğənnilər barədə səhnəarxası həyatlarından bəzi məqamları açıb-tökür. BAKU.WS-in məlumatına görə, ənənəyə sadiq qalan prodüser ötən verilişdə də bəzi xanım müğənnilərin məclislərdə pullu kişilərə xüsusi maraq göstərdiyini açıqlayıb. Verilişin qonağı olan Xatirə İslamı yaxşı nümunə kimi təqdim edib və onunla bağlı bir hadisəni danışıb: "Xatirə ilə Rusiyaya toya getmişdik. Məclisdə çox imkanlı həmyerlimiz iştirak edirdi. Təsəvvür edin, Sankt-Peterburqun qubernatorundan sonra ikinci adamdı. Köməkçisi Xatirədən onların masasına yaxınlaşmasını istədi. Xatirə getmədi. Dedi ki, mənim yerim səhnədi, özü istəsə, oxuyanda yaxınlaşıb sözünü deyər. Amma müğənnilər görmüşəm ki, 10 pullu kişinin oturduğu masaya yaxınlaşıb. Biri də durub ona yer verməyib, qayıdıb yerində oturub. Xatirə, sən də bilirsən söhbət hansı bağdan gedir. Mən o müğənninin yerinə utandım. Axı sənin sənətin ola-ola, niyə beş biznesmenin qabağında dayanırsan". Xatirə Tolikin sözlərinə belə qüvvət verdi: "Deyirəm ki, o masaya yaxınlaşıb oxuyanda maksimum 2 toyun pulun versinlər. Yəni, dəyməz". Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Xatirə İslamdan qızlara məsləhət: Ərə getmək istəyirsizsə, İlham Mirzəyevin verilişinə gedin - VİDEO
"Ərə getmək istəyirsizsə, İlham Mirzəyevin verilişinə gedin. Mən getdim, bir həftəyə iki elçi gəldi". Bu sözləri müğənni Xatirə İslam deyib.BAKU.WS -in məlumatı...