Tanınmış aparıcının evinə DAVA düşdü
18
noy
2017
14:18
Tanınmış aparıcı və aktrisa Zümrüd Qasımovanın həyat yoldaşı ilə çəkdirdiyi fotolar başına bəla olub. Efirdə yayımlanan həmin fotolardan sonra aparıcının evinə söz-söhbət düşüb.BAKU.WS-in məlumatına görə, Yenicag.az-a açıqlama verən Z. Qasımova baş verənlərə belə aydınlıq gətirib:“Çalışdığım “Space” kanalında bir verilişdə şəxsi həyatımla bağlı açıqlamalar verdim. Heç gözləmədiyim halda, həyat yoldaşımın hardansa əldə etdikləri fotolarını da göstərdilər. Sözün düzü, pis oldum, çünki bilirdim ki, yoldaşımın buna münasibəti çox sərt olacaq. Amma artıq gec idi, heç nə edə bilməzdim. Gözlədiyim kimi də oldu. Evə gələn kimi yoldaşım əsəbiləşdi, çox sərt reaksiya verdi. Bir sözlə, söz-söhbət oldu, dava düşdü. Onu hələ də sakitləşdirə bilməmişəm. Bu hadisədən sonra həmin şəkilləri arxivdən sildirdim. Ona da söz verdim ki, bir də belə şey olmayacaq. Əslində, qınamıram, çünki orqan işçisidir. Həm də belə şeyləri xoşlamır. Yoldaşım qadını ilə gündəmə gələn adamlardan deyil, o, əsl Azərbaycan kişisidir. Dəfələrlə də mənə deyir ki, şəxsı həyatımız özümüzə məxsusdur, çalış, sənətinlə reklam olun. Vallah, o fotoların təqdimatı mənim üçün də gözlənilməz oldu. Onlar hardan bilsin ki, ərim bu dərəcədə qısqancdır”.BAKU.WS
Oxşar xəbərlər
Zaur Kamaldan onu təhqir edənlərə cavab: "Şəbnəm Tovuzlu da, Sevda da..."
Xəzər TV-də yayımlanan “5/5” verilişinin aparıcı Zaur Kamal sərt reaksiya ilə qarşılaşıb.Aparıcının efirdə müğənni Sevda Yəhyayeva və Şəbnəm Tovuzlunun makiyajı...