Mətanət Əliverdiyeva: "Mənim kimi xanımın gərək həyat yoldaşı olmasın"
ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan tanınmış aparıcı Mətanət Əliverdiyeva maraqlı açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, o, ilk olaraq şəxsi həyatı haqda bəzi sirləri açıb:
"Elə dövrə düşdü ki, bizim onunla münasibətimiz Qarabağ müharibəsi zamanı idi. O zaman qərar verdim ki, döyüşə gedəcəm. Hərbiçi olmaq istəyirdim, atam icazə vermədi. Atama indi deyirəm ki, qoysaydın o vaxt indi general idim. Bir az sındım ki, istədiyimə nail olmadım. Evdə döyüşə gedəcəyimi deyəndə etiraz etdilər. Sonda dedilər ki, bunu nə qədər tez evləndirsək, o qədər yaxşıdı. Evləndim, amma çox uzun çəkmədi. 2 ildən bir qədər az evliliyim oldu. Anladım ki, o deyil. Mən həmişə düşünürəm ki, gərək mənim kimi xanımın həyat yoldaşı olmasın. Həmişə bu fikrdə olmuşam. Çox sərbəstəm, öz fikirlərimi deyən, bildiyimi yeridənəm. Kimsə mənə deyə bilməz ki, "niyə bunu belə elədin?", "sən bu vaxta kimi hardasan?" Bunu qəbul edə bilmirəm. Hər şeyi özüm edirəm. Həyat yoldaşım psixoloji cəhətdən məndən 10 dəfə güclü olmalıdır".
Teleaparıcı daha sonra iş dünyasına ilk addımlarından danışıb:
"Ayrılandan sonra anamgilin yanına qayıtdım, övladım oldu. Sonra işə düzəldim radioda. Hamının tanıdığı Böyük Seva məni işə düzəltdi. Ona təşəkkür edirəm. Sonra televiziyada aparıcı olmağı təklif edəndə istəmədim. Radionu sevirdim. Sonra çıxdım, böyük partlayış oldu. Daha sonra gördülər ki, bir yerdə dayana bilmirəm, "Ford Boyard"a göndərdilər. Sonra xəbərlərdən şouya getdim. Elməddin sağ olsun seriala təklif göndərdi və s. Bu cür gedirəm."
BAKU.WS
Oxşar xəbərlər
Fatimə: “Atam sağ olsaydı, sənətdə bu qədər irəliləməzdim” (VİDEO)
ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan rəqqasə Fatimə maraqlı açıqlamalar verib. BAKU.WS xəbər verir ki, o, əvvəlki cəsarətli rəqslərinə son qoymasın...