Röya Ayxan: "Dedilər bunun burada qalmağı bizim adımıza pisdir" (VİDEO)
Tanınmış müğənni, əməkdar artist Röya Ayxan ATV kanalında yayımlanan "V element" verilişinin qonağı olub.
BAKU.WS məlumat verir ki, müğənni verlişdə maraqlı açıqlamalar verib. Röya "W-trio" qrupunun vaxtındakı çətinliklərindən danışıb:
"Qızlar həmişə mənə lağ edirdilər. İngilis dilini bilmirdim deyə, deyirdilər, "çuşkasan". Toyxanalarda oxuyacaqsan. Qadınlar ibarət ansamblın olacaq. Çünki onlar məndə ancaq bunu hiss edirdilər. Bunun da səbəbi o idi ki, mən həmişə evə pul aparmağa çalışırdım. İndi inciməsinlər, hər şey əksinə oldu".
Aparıcı Kamilənin "Üç qızdan biri olmaq və birinci olmaq qərarına nə vaxt gəldin?" sualına müğənninin cavabı belə olub:
"Düzünü deyəcəm. Siqaret çəkməyimi Vaqif müəllimə məni satdılar. O da məni buna görə çox danladı, çox sözlər dedi. Mən indi onu başa düşürəm niyə elə dedi. O vaxtları təzə-təzə öyrənirdim deyə bilmirdim. Bir də sevgilim var idi. Getdilər dedilər bu burada qalsa bizim adımıza pisdir. Düzü çox pisimə gəldi. Qərar verdim ki, qrupdan çıxmalıyam. Vaqif müəllim dedi ki, get bir az istirahət elə, gələrsən. Dedim, yox Vaqif müəllim gedirəm, amma hər zaman yanımda olun. Sizə söz verirəm ki, bu deyilən sözlərin heç biri olmayacaq. Mən bunu sizə sübut edəcəm. Dedi ki, bunu mənə sübut et. Bu gün mən sübut etmişəm. Əməkdar artist adı alan günü Vaqif müəllim mənə kətə bişirdib gətirdi".
Röya fəxri ad aldıqdan sonra özünə qadağalar qoyduğunu deyib:
"Əməkdar artist olandan sonra geyimlə bağlı özümə qadağalar qoymuşam. Onsuz da, haramsa açıq olacaq. Ət göstərməsən, olmur".
Duet oxuduğu müğənnilərdən danışan sənətçi aparıcının "Eltonla niyə duet oxumadınız?" sualına "başqa şeydən danışaq, elə adam tanımıram" deyib.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Röya yeni biznesə başladı (FOTO)
Tanınmış müğənni, əməkdar artist Röya Ayxan yeni biznesi ilə gündəmə gəlib. BAKU.WS məlumat verir ki, müğənninin yeni moda evi fəaliyyətə başlayıb. Röya bu ha...