Samir Piriyev Kamran Həsənlinin səs yazısını yazdı - AUDİO

Samir Piriyev Kamran Həsənlinin səs yazısını yazdı - AUDİO
Şou-biznes 2208

 

Müğənni Samir Piriyev polisə şikayət etdiyi aparıcı Kamran Həsənli ilə aralarında olan səsyazma nümunəsini istintaqa təqdim edib.

BAKU.WS məlumat verir ki, bu barədə S.Piriyevin hüquqşünası Ruslan Əhmədoğlu axşam.az-a açıqlamasında bildirib. O, K.Həsənlinin mediaya verdiyi müsahibədə yalan danışdığını vurğulayıb:

"Kamran demişdi ki, faktla bağlı cinayət işi başlanılmayıb. Amma baş prokukorluq dərhal məlumat yayaraq cinayət işinin açılmasını təsdiqlədi. Kamranın dediyi kimi, Samir əgər pulu türkə təqdim etmişdisə, Kamran niyə əvəzində öz avtomobilini Samirə verib? Kamranın cavabı gülməlidir. O, deyir ki, xahişə görə bunu etmişəm.

Kamran özü də etiraf edir ki, Samir tanımadığı türk şirkətinə çayxanada pulu necə verə bilərdi? Biz də cavabında deyirik ki, Samir tanımadığı həmin şirkətə görə pulu verməzdi, amma çayxanada illərdir tanıdığı, hər yerdə türkçülük ideologiyasından danışan, insanların gözündə dürüst görünməyə çalışan Kamran Həsənliyə pulu verə bilərdi və səhv edərək o pulu verib.

Səsyazısı ilə bağlı məlumat verdikdən sonra Kamran dedi ki, belə səsyazısı yoxdur. Guya o, heç vaxt Samirə "evimi satıb sənə pul verəcəyəm” deməyib. Artıq istintaqa da verdiyimiz səsyazmanı təqdim edirik”.

R.Əhmədoğlu sonda səsyazısı ilə K.Həsənlinin bütün yalanlarının ortaya çıxacağını deyib:

"Kamran Həsəni artıq heç yerdə danışmasın ki, mən işimi yoluna qoymuşam. O, hər gün Bakı Şəhər Prokurorluğuna gedərək orada səs-küy edir. Təəssüf hissi ilə bildirirəm ki, Azərbaycan Respublikasının qanunvericiliyi hay-küy ilə tənzimlənmir”.

Xatırladaq ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. Daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər