Kamran Həsənli barəsində cinayət işi başlanıb
10
mar
2016
16:35
Teleaparıcı Kamran Həsənli ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, K. Həsənli barəsində daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq Rayon Polis İdarəsinin istintaq şöbəsində davam etdirilir.Qeyd edək ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Kamran Həsənliyə cinayət işi açıldı
Şoumen Kamran Həsənliyə dələduzluq maddəsi ilə cinayət işi açılıb. BAKU.WS xəbər verir ki, bu barədə hüquqşünas Ruslan Əhmədoğlu Axşam.az-a açıqlamasında bild...