Binəqədidəki yanan binada özünü xilaskar kimi təqdim edən oğlan həbs edildi (RƏSMİ)

Binəqədidəki yanan binada özünü xilaskar kimi təqdim edən oğlan həbs edildi (RƏSMİ)
Hadisə 5660

Bakının Binəqədi rayonunda yanan binada özünü qəhrəman kimi təqdim edən şəxsi polis həbs edib.

Bakı şəhər Baş polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 (oğurluq, təkrar oğurluq) maddəsi ilə axtarışda olan Kamran Uğur oğlu Babayev saxlanılıb.

Saxlanılan şəxs mobil telefon oğurluğunda şübhəli bilinir. Oğurluqda şübhəli bilinən şəxsin məhkəməsi də olub. Məhkəmənin hökmü ilə onu 3 aya qədər azadlıqdan məhrum ediblər.

Xatırladaq ki, may ayının 19-da Binəqədi rayonu, Azadlıq prospektində 16 mərtəbəli yaşayış binasında yanğın olmuşdu. Həmin yanğında Kamran Babayev adlı şəxs yalandan 4 nəfəri yanğından xilas etdiyini bildrimişdi. Sonradan araşdırmalar zamanı onun yalan dediyi məlum oldu.

Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Özünü MTN işçisi kimi təqdim edən şəxsi tutdular

Özünü MTN işçisi kimi təqdim edən şəxsi tutdular

İmişli polisi özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxsi həbs edib. BAKU.WS-in məlumatına görə, polisin keçirdiyi əməliyyat nəticəs...

1447 Hadisə 14:02 17 oktyabr 2015

Son xəbərlər