Özünü MTN işçisi kimi təqdim edən şəxsi tutdular
İmişli polisi özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxsi həbs edib.
BAKU.WS-in məlumatına görə, polisin keçirdiyi əməliyyat nəticəsində 1982-ci il təvəllüdlü Ramin Eldar oğlu Mehbalıyev saxlanılıb. Polis onu 1998-ci il təvəllüdlü Qismət Dağıstan oğlu Yunuslunun şikayəti əsasında saxlayıb. Məlum olub ki, Ramin Mehbalıyev Qismət Yunuslunu aldadaraq ondan 10500 ABŞ dolları və 6800 manat pul alıb. O, bildirib ki, MTN-də yüksək vəzifədə çalışır. Pulun əvəzində Qismət Yunuslunu MTN-ə işə düzəldəcəyini bildirib.
Araşdırmalar zamanı onun başqa qanunsuz əməli də ortaya çıxıb. Belə ki, o, rayonun Bəhramtəpə qəsəbə sakinindən də 2013-cü ildə 1700 manat borc alıb və geri qaytarmıyıb.
Hazırda saxlanılan şəxs barəsində İmişli Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti-imkan tədbiri seçilib. Onun başqa şəxsləri də aldatması istisna edilmir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 81 iş adamı saxlanılıb
Bu il 81 iş adamı şübhəli şəxs qismində tutulub. BAKU.WS-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin Vergi cinayətlərinin ibtidai araşdırılması departa...