Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
Şou-biznes 7
Sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 18-22° isti, gündüz 29-34° isti, Bakıda gecə 20-22°, gündüz 31-33° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 75-85 %, gündüz 35-40 % olacaq.Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq.Havanın temperaturu gecə 15-20°, gündüz 30-35° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 21-də...

4 Şou-biznes 12:23 20 sentyabr 2017

Son xəbərlər