Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
Şou-biznes 2273
Sentyabrın 13-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.ETSN-dən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturunun gecə 20-23° isti, gündüz 28-33° isti, Bakıda gecə 20-22°, gündüz 29-31° isti olacağı gözlənilir.Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında gözlənilən hava əsasən yağmursuz keçəcək. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.BAKU.WS

Oxşar xəbərlər

Hava soyuyacaq

Hava soyuyacaq

Sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.BAKU.WS Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə isti...

4867 Şou-biznes 12:38 09 sentyabr 2017

Son xəbərlər