Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
Şou-biznes 6
Avqustun 28-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava, əsasən yağmursuz keçəcək.Şimal-qərb küləyi mülayim gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-25° isti, gündüz 29-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.Azərbaycanın rayonlarında hava, əsasən yağmursuz keçəcək. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 32-37° isti,dağlarda gecə 12-17°, gündüz 23-28° isti olacağı gözlənilir.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İstirahət gününün hava proqnozu açıqlandı

İstirahət gününün hava proqnozu açıqlandı

Sabah Azərbaycanda hava əsasən yağmursuz olacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata g...

7 Şou-biznes 12:06 26 avqust 2017

Son xəbərlər