Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
Şou-biznes 11
Sentyabrın 18-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 30-35° isti, Bakıda gecə 19-21°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 31-36° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İstirahət günü 36 dərəcə isti olacaq

İstirahət günü 36 dərəcə isti olacaq

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 17-də...

1171 Şou-biznes 12:41 16 sentyabr 2017

Son xəbərlər