Röya Ayxanın "Ağlama"sı TREND OLDU

Röya Ayxanın Ağlaması TREND OLDU
Video
Şou-biznes 6170

Xalq artisti Röya Ayxanın ifasında səslənən "Ağlama" mahnısı növbəti dəfə böyük uğura imza atıb. "Səs Azərbaycan" layihəsinin möhtəşəm final gecəsində Cəmilə Həşimova ilə duet şəklində təqdim olunan bu emosional ifa dinləyicilərin güclü reaksiyasına səbəb olub.

BAKU.WS xəbər verir ki, qısa zaman ərzində yutub Azərbaycan trendlərinə daxil olan mahnı sosial şəbəkələrdə viral olub.

Onlarla məşhur sima və influencer öz səhifələrində "Ağlama"ya dəstək paylaşımı edib, dinləyicilər isə bu dueti "ilin ən təsirli ifası" adlandırıblar.

Uğur bununla bitmir – "Ağlama" Apple Music Azerbaijan platformasında 1-ci pilləyə yüksəlib. Bu, Röyanın sənət yolunda daha bir möhtəşəm uğur olaraq tarixə düşüb.

Hazırda Apple Music Top 100 siyahısında tam 11 mahnısı ilə təmsil olunur - bu da onu siyahıda ən çox mahnısı olan müğənniyə çevirir.

"Ağlama" hazırda birinci sıradadır, "Bahar" isə üçüncü pillədə qərarlaşıb.

Röya Ayxanın

Oxşar xəbərlər

Tanınmış aktrisa 10 milyon qonorar aldı

Tanınmış aktrisa 10 milyon qonorar aldı

Türkiyəli aktrisa Sıla Türkoğlu tekstil brendinin reklamında çəkilməyə razılıq verib. BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, aktrisa reklam çəkilişindən...

60 Şou-biznes 21:21 04 sentyabr 2025

Son xəbərlər