Röya: Arada yola getmirik, bəlkə də qısqanclıqdandır - FOTO
14
may
2018
10:32
Əməkdar artis Röya Ayxan "Analar günü"ndə anasını təbrik edib.BAKU.WS-in məlumatına görə, ifaçı anasına ünvanladığı təbriki sosial şəbəkədə paylaşıb:"Canım anam, bu gün sənin günündqür. Arada yola getmirik, bəlkə də qısqanclıqdandır. Səni məndən savayı üç uşağına qısqanıram. Əsla pis niyyətlə yox! Bilirsən, hər zaman "ay qanmadılar", "onlar balacadırlar, sən böyüksən", "sən anasan, sən bacısan" deməyindəndir. Bəlkə də arada mən də uşaq olmaq istəyimdəndir. Amma bu gün möhkəmliyimi, sağlam ailəmi sənə borcluyam. Qürur mənbəyim, bir daha səni təbrik edirəm". Müğənninin valideynləri ayrılsalar da, atası ilə anasının birgə fotosunu paylaşıb və bu hərəkətini belə izah edib: "Baymayaraq ayrı yaşayırsız, dedim birlikdə olan şəklinizi paylaşım. Biz sizi bir yerdə daha çox sevirik".
Oxşar xəbərlər
Qızını itirən azərbaycanlı aparıcı fəryad etdi: Bəlkə günah etdim, səni ALLAH qədər sevdim - FOTO
40 gün əvvəl körpə övladını itirən aparıcı Elvin Basqallı ürəkləri dağlayan paylaşım edib.BAKU.WS xəbər verir ki, "Space” telekanalının xəbər aparıcısı ürək çat...