Əməkdar artistin ailəsində xoş gün
Əməkdar artist Bəsti Sevdiyevanın qızı Aytacın ad günüdür.
Axşam.az-ın məlumatına görə, müğənni övladını sosial şəbəkədə təbrik edib.
Təəssüratlarını bölüşən B.Sevdiyeva bunları yazıb:
"Bu gün gözümün nuru, ağıllım, evimizin yaraşığı, qürur mənbəyim Aytacımın ad günüdür. Sənə həyatın ən gözəl neməti olan can sağlığı, uzun ömür, qadın xoşbəxtliyi arzulayıram. Allah yeni qurduğun ailəni bir ömür boyu xoşbəxt etsin. Bir ana olaraq həmişə səninlə, qardaşınla fəxr etdim. Allah sizi həmişə bəxtəvər eləsin. Sizi çox sevirəm. Əziz balam, böyüklərimizin dediyi kimi, itin hürsün, çırağın yansın. Atan, anan, qardaşın səni ürəkdən təbrik edir. Səni də, Özcanı da (həyat yoldaşı – red.) öpürük”.
BAKU.WS
Oxşar xəbərlər
Əməkdar artist: "Allah bir başa iki qapaz vurmaz"
Əməkdar artist Zöhrə Abdullayeva gəlinindən danışıb. Axşam.az-ın məlumatına görə, müğənni "10-dan sonra” verilişində gəlinin hakim olduğunu bildirib: "Qayına...