Pandemiyadan sonra evlənən və övladlarına toy edən MƏŞHURLAR - FOTO

Pandemiyadan sonra evlənən və övladlarına toy edən MƏŞHURLAR - FOTO
Şou-biznes 2535

İyulun 1-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə ərazisində toyların keçirilməsinə icazə verilib. Hər kəs istədiyi şənlik evində müəyyən qaydalara riayət etməklə toy edə bilər.

Toylar haqqında bu qərarın qəbul edilməsi sənət aləmini o cümlədən özünə, övladına toy etmək istəyən hər bir vətəndaşın sevincinə səbəb olub. Adi vətəndaşlarla yanaşı məşhurların da evindən vağzalı səsi gəldi. Toylara verilən uzun aradan sonra bəziləri subaylığın daşını atdı, bəziləri uzun müddətdən sonra gözlədiyi övlad toyunu gördü.

BAKU.WS pandemiyadan sonra evlənən və övladlarına toy edən məşhurları təqdim edir:

Subaylığın daşını atan məşhurlardan biri azərbaycanlı model Rüstəm Cəbrayılov oldu. O, uzun müddətdir nişanlı olduğu Aysel adlı xanımla ailə həyatı qurdu. Cütlüyün toyu paytaxtdakı restoranlardan birində baş tutdu. Rüstəmin xanımı Daxili İşlər Nazirliyinin əməkdaşıdır.

“Həmişə iş var” proqramı ilə tanınan aparıcı Fərid Rəsul da pandemiyadan sonra evlənənlər sırasına daxil oldu. ATV-nin aparıcısı özünə Neftçalada toy etdi. Fərid pandemiya səbəbilə toylara qoyulan qadağalara görə Bakıda ikinci toy edəcəyini bildirib. Qeyd edək ki, Fəridin nikahı ötən ilin noyabrında baş tutub.

Pandemiyadan sonra toyları ilə səs-küyə səbəb olan cütlük isə azərbaycanlı Adelia Hacıyeva ilə “Keşlə”nin futbolçusu Anatole Abanqın evliliyi oldu. Kamerunlu futbolçunun Adelia ilə toy məclisi paytaxt restoranlarından birində baş tutdu. Bir neçə ay əvvəl cütlüyün Bakıda nikah mərasimi də olub.

Aparıcı Cavid Gül də özünə toy edib. O, ötən gün paytaxt restoranlarından birində sevdiyi Nərgiz adlı xanımla ailə həyatı qurub. Cavidin şad gününə yaxınları, tanışları və şou-biznesin tanınmış simaları qatılıblar.

Aktyor və parodiyaçı Ramin Abdullayev də pandemiyadan sonra özünə toy edənlərdən olub. Onun xeyir işi paytaxt restoranlarından birində baş tutub. Bu haqda müğənni Talıb Tale məlumat verib. Sənətçi sosial şəbəkə hesabında Raminlə toyda çəkilən fotosunu paylaşaraq onu təbrik edib.

Müğənni Cabbar Musayevin övladının xeyir işi oldu. Sənətçi oğlu Cavidə toy etdi. Cavid Sonya adlı xanımla ailə həyatı qurdu. Cabbar Musayevin şad gününə yığışan şou əhli toydan lentə alınan fotları şəxsi Instagram hesablarında paylaşıb.

Xalq artisti İlqar Muradovun da pandemiyadan sonra övladının xeyir işi olub. Sənətçi ailə üzvləri, yaxınları və həmkarlarını başına toplayaraq oğlu Əvəzə toy mərasimi keçirib. Məclis şəhərdəki restoranlardan birində baş tutub.

Xalq artisti Ofeliya Sənaninin də ailəsində şadyanalıq olub. O, nəvəsi Günayı gəlin köçürüb. Günay Cavid adlı şəxslə ailə həyatı qurub. Cütlüyün toyu şəhər restoranlarından birində baş tutub.

Gəlin köçən daha bir məşhur övladı isə Səbinə Rzayeva olub. Əməkdar artist Vəfa Zeynalovanın qızı Səbinə Kamran adlı bəylə ailə həyatı qurub. Onun toyu paytaxt restoranlarından birində baş tutub. Səbinə ilə Kamran Almaniyda tanış olub.

Xalq artisti Murad Adıgözəlzadənin övladı Məryəmin də toyu olub. Məryəm sevdiyi Maksim adlı gənclə ailə həyatı qurub. Bu haqda aparıcı Hacı Nuran Hüseynov şəxsi “Instagram” hesabında məlumat verib. O, cütlüyün şad günündən fotolarını paylaşaraq onları təbrik edib.

Son xəbərlər