2017-ci ilin ən yadda qalan toyları və boşanmaları - (FOTO)

2017-ci ilin ən yadda qalan toyları və boşanmaları - (FOTO)
Şou-biznes 5988
2017-ci ildə də şou-biznes nümayəndələri həm şəxsi, həm də iş həyatında bir çox dəyişikliklərlə yadda qalıb.Sənət aləminin bir çox tanınmış siması subaylığın daşını məhz geridə qoyduğumuz Xoruz ilində atdı. Bəziləri isə boşanma xəbəri ilə gündəmi zəbt etdi.Axşam.az bu il toyu olan sənət adamlarının siyahısını təqdim edir:Aktyor İlkin Həsəni bu ilin aprelində Aysel adlı xanımla ailə qurub. Aysel ATV-nin əməkdaşı olub.
Müğənni Xəyyam Nisanov mayın 25-də özünə dəbdəbəli toy etdi. Sənətçi məclisi mediaya qapalı keçirmişdi. Onun ailə qurduğu xanımın adı Nərmindir.Xalq artisti Aygün Bayramova da 2017-ci ildə ərə gedib. O, iranlı iş adamı və musiqiçi Fəraməz Gərmrudi ilə ailə qurub.Əməkdar artist Abbas Bağırov da bu il subaylıqla vidalaşıb. Bu, müğənninin ikinci nikahıdır. Abbas mayda özünə kişi toyu etdi. Noyabrda isə Gəncədə bir toyu olub. Dekabrın 27-də isə Abbasın “Buta palace”də toyu keçiriləcək.Bir neçə gün əvvəl isə aktyor Nicat Rəhimov subaylığın daşını atıb. Nicat Ülviyyə adlı xanımla nikah masasına oturub.Aktyor Müşviq Şahverdiyev də bu il subaylıqla vidalaşır. Aktyorun nişanı artıq olub. Müşviqin toyu isə dekabrın 18-də keçiriləcək.Müğənni Pərviz Abdullayev də bu il ailə quran məşhurlardandır.Aktrisa Cəmilə Tağızadə türkiyəli həkim Muradla ailə qurub və hazırda İstanbulda yaşayır.Aparıcı Tural Ozuan 2017-ci ildə Şənhəyat adlı xanımla nikah masasına oturub.İl səs-küylü boşanma xəbəri ilə də yadda qalıb.Belə ki, ailə qurma xəbərləri ilə hər kəsi təəccübləndirən Natavan Həbibi və reper Dado Əliyev iyulda nikah masasına oturub. Bir neçə gün əvvəl isə cütlük ayrıldığını bəyan edib.2017-ci ildə boşanma xəbəri ilə gündəmə gələnlərdən biri də reper Anar Nağılbaz olub. İki övlad atası olan sənətçi arvadı Anjelika ilə yollarını ayırıb. Müğənni Rəvan Qarayev də ikinci həyat yoldaşı Günayla ayrılıb. Onların bu nikahdan bir qız övladı var.2017-ci ilin əvvəlində nişanlanma xəbəri ilə gündəmə gələn Azəri Günel Zeynalova ilin sonunda ayrılmasını elan edib. O, Cem Ozan Torunlara ərə getməkdən imtina edib.Bu il nişanlananlar da olub.Aktyor Elşən Orucov yayda nişanlanıb. Onun ailə qurmağa hazırlaşdığı İlahə adlı xanım ATV-də çalışır.Aktyor Azər Baxşəliyev də subaylıqla vidalaşıb və Nigar adlı xanımla nişanlanıb.BAKU.WS

Oxşar xəbərlər

Aygün Bayramova ərə gedir - bu gün toyudur

Aygün Bayramova ərə gedir - bu gün toyudur

Bu gün ailə həyatı qurmağa hazırlaşan tanınmışlardan biri də xalq artisti Aygün Bayramovadır. BAKU.WS xəbər verir ki, axşam.az-ın məlumatına görə, 49 yaşlı mu...

3424 Şou-biznes 10:25 23 may 2017

Son xəbərlər