Aygün Bayramova ərə gedir - bu gün toyudur

Aygün Bayramova ərə gedir - bu gün toyudur
Şou-biznes 3424

Bu gün ailə həyatı qurmağa hazırlaşan tanınmışlardan biri də xalq artisti Aygün Bayramovadır. 

BAKU.WS xəbər verir ki, axşam.az-ın məlumatına görə, 49 yaşlı muğam ifaçısı İran vətəndaşı olan Fəraməz Gərmrudi ilə ailə qurur. Cütlüyün toyu Bakıda yerləşən otellərdən birində olacaq. Məclisə sənət aləminin tanınmış simaları dəvət olunub. 

Qeyd edək ki, bu, A.Bayramovanın ilk nikahıdır. F.Gərmrudi musiqiçidir və dəfələrlə Bakıda keçirilən konsertlərdə çıxış edib. 

Həmçinin qeyd edək ki, bir müddət əvvəl Aygün Bayramovanın ərə gedəcəyi şəxsin evli olduğuna dair məlumatlar yayılmışdı.

BAKU.WS

Son xəbərlər