Aygünün biznesmen nişanlısının İrandakı arvadı və qızının FOTOsu yayıldı

Aygünün biznesmen nişanlısının İrandakı arvadı və qızının FOTOsu yayıldı
Şou-biznes 10161

Yeniçağ.az xalq artisti Aygün Bayramovanın nişanlısı, iranlı iş adamı Fəraməz Gərmrudinin həyat yoldaşı və kiçik qızı Kəramənin Bakıda, qadın məclislərinin birində çəkilmiş fotosunu əldə edib.

BAKU.WS xəbər verir ki, Gərmrudinin fars əsilli xanımının adı Hürmətdir. İş adamının Kəramə adlı kiçik qızı ailəlidir və İranda yaşayır.

Xatırladaq ki, İran vətəndaşı olan Gərmrudi 1955-ci ildə İranda anadan olub, 3 qız atasıdır. Qızları ailə qurub, ikisi İranda, biri Almaniyada yaşayır. Artıq baba olan 62 yaşlı adaxlının İranda Almaniyanın məşhur "KÖHEL” avtomobillərinin rəsmi distribüteridir. Gərmrudi Azərbaycanda musiqi aləmində ud ifaçısı və müğənni kimi tanınır.

Demək olar ki, onun əksər musiqiçilərlə dostluq münasibətləri var. Biznesmenin Aygün Bayramova ilə eşq hekayəsi bu ilin martında, daha dəqiq desək, martın 21-də Gərmrudinin Heydər Əliyev adına Sarayda gerçəkləşən konsertində başlayıb. Həmin konsertdə Gərmrudini tək qoymayan sənətçilərlə bərabər A.Bayramova da mahnı töhfəsini verib. İş adamı Bakıda Hüseyn Cavid prospektində 2 milyonluq ev alıb, bahalı avtomobilə sahibdir.

Qeyd edək ki, iş adamı eyni zamanda tez-tez Azərbaycan Televiziyasında verilişlərdə oxumaq və ud ifa etməklə musiqi məharətini sərgiləyir.

BAKU.WS

Son xəbərlər