Övladı həbs həyatı yaşayan DÜNYA MƏŞHURLARI
Dünya ulduzları zaman-zaman övladlarının başına gələn hadisələrlə bağlı da gündəm olublar. Bunlardan biri də onların övladı müəyyən səbəbdən həbsə düşməsi və ya müşahidə altında saxlanılmasıdır.
BAKU.WS xarici KİV-ə istinadən övladı həbs həyatı yaşayan məşhurların siyahısını təqdim edir:
Aktyor Billi Bob Tornton
Amerikalı aktyorun qızı Amanda Bramfild, uşağın ölümündə günahlandırılaraq 20 il həbs cəzasına məhkum edilib.
Musiqiçi Vaynona Cad
Amerikalı kantri musiqisi müğənnisinin qızlarından biri, Qreys Polin, məhkəmə şərtlərini pozduğuna görə həbs cəzaları alıb.
Aktyor Ceki Çan
Aktyorun oğlu Ceysi Çan Pekində narkotik istifadəsi ilə əlaqədar olaraq "başqalarına narkotik istifadəsi üçün yer vermək" ittihamı ilə məhkum edilərək, altı ay həbs cəzası alıb.
Aktyor Maykl Duqlas
Onun oğlu Kameron Duqlas narkotiklərlə bağlı ittihamlarla qarşılaşıb, müxtəlif vaxtlarda məhkum edilib.
Aktyor Nikolas Keyc
Aktyorun oğlu Ueston Keyc Koppola anasına hücum etməkdə şübhəli bilinərək həbs edilib.
Oxşar xəbərlər
Məşhur aktyorun son halı sevənlərini kədərləndirdi
Məşhur aktyor Ufuk Özkan son halı ilə sevənlərini məyus edib. BAKU.WS xəbər verir ki, "Geniş Aile" serialının ulduzu uzun müddətdir ki, səhhətindək problemlərl...