Nərgiz Paşayeva "Birlik ulduzları" mükafatına layiq görülüb

Nərgiz Paşayeva Birlik ulduzları mükafatına layiq görülüb
Şou-biznes 1689
"Birlik ulduzları" dövlətlərarası mükafatın 2017-ci il üçün laureatlarının adları açıqlanıb. Siyahıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin təhsil sahəsi üzrə vitse-prezidenti, filoloq Nərgiz Paşayevanın da adı var.N. Paşayeva elm sahəsində "Birlik ulduzları" mükafatının laureatı olub.Laureatların təntənəli mükafatlandırılma mərasimi iyunun 19-20-də Astanada MDB üzvü yaradıcı və elmi ziyalılarının XIII Forumunda keçiriləcək. Qeyd edək ki, "Birlik ulduzları" dövlətlərarası mükafatı 2009-cu ildə MDB üzvü olan dövlətlərin humanitar əməkdaşlıq şurası tərəfindən təsis edilib. Mükafat hər il 3 kateqoriya üzrə verilir: elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət.BAKU.WS

Oxşar xəbərlər

Nərgiz Paşayevaya yeni vəzifə verildi

Nərgiz Paşayevaya yeni vəzifə verildi

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, professor Nərgiz Paşayeva bu gün AMEA-nın ümum...

9813 Sosial 16:09 08 iyun 2018

Son xəbərlər