Azərbaycanda bu şəxslərə 5 min manat veriləcək
22
noy
2017
13:45
"Akademiyanın Rəyasət Heyətinin qərarına əsasən, 35 yaşına kimi "elmlər doktoru" elmi dərəcəsi alan şəxslərə 5000 manat pul mükafat veriləcək”.BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse - prezidenti, akademik Dilqəm Tağıyev "Müasir elm - gənclərin baxışı ilə" adlı elmi - praktik konfransda deyib. Akademik bildirib ki, Azərbaycanda 140-a qədər elmi müəssisə fəaliyyət göstərir. Onlardan 40-ı Akademiyanın payına düşür.D. Tağıyev qeyd edib ki, dünyada 7,8 milyon insan elmi-tədqiqatla məşğul olur. Onların sayı son 10 ildə 20% artıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda bu şəxslərin maaşı artdı
Nazirlər Kabineti "Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara...