İlham Əliyev bibisinin hüzr mərasimində (FOTO)

İlham Əliyev bibisinin hüzr mərasimində (FOTO)
Sosial 14516

 

Mayın 8-də Heydər Məscidinə tanınmış kimyaçı alim, akademik, kimya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Rəfiqə Əliyevanın hüzr mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev hüzr mərasimində iştirak edib.

Mərasimdə mərhumun ruhuna "Quran” ayəsi oxundu.

Akademik Rəfiqə Əliyeva ölkəmizdə kimya elminin inkişafına mühüm töhfələr verib. Onun rəhbərliyi altında çox önəmli elmi tədqiqat işləri aparılıb. Bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olan Rəfiqə Əliyeva 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifidir. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktoru yetişib. Ömrünün böyük hissəsini Bakı Dövlət Universiteti ilə bağlayaraq pedaqoji fəaliyyətlə məşğul olan Rəfiqə Əliyeva ölkəmizdə analitik kimya sahəsində yeganə qadın akademikdir.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyevin dünyasını dəyişən bibisi HAQQINDA (FOTO)

İlham Əliyevin dünyasını dəyişən bibisi HAQQINDA (FOTO)

Xəbər verdiyimiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin bibisi Rəfiqə Əliyeva ötən gün dünyasını dəyişib. BAKU.WS Rəfiqə Əliyevanın həyat və yaradıcılığı h...

11464 Şou-biznes 10:55 07 may 2017

Son xəbərlər