Cəlal Əliyevlə vida mərasimi keçirildi (FOTO)

Cəlal Əliyevlə vida mərasimi keçirildi (FOTO)
Hadisə 1869

Azərbaycan Milli Elmlər Akademiyasında akademik Cəlal Əliyevlə vida mərasimi keçirilib. Azərbaycan alimi, Əməkdar elm xadimi, "Şərəf” ordenli, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru, akademiklə vida mərasiminə yaxınları, iş yoldaşları, dövlət rəsmiləri qatılıb. BAKU.WS-in məlumatına görə, mərasimdən sonra mərhum 1-ci Fəxri Xiyabanda dəfn olunacaq. Qeyd edək ki, Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Biologiya elmləri doktoru, professor, əməkdar elm xadimidir. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir. Azərbaycan MEA-nın Rəyasət Heyətinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub. O, üç dəfə (1995, 2000 və 2005-ci illərdə) Milli Məclisə deputat seçilib. "İstiqlal" ordeni ilə təltif edilib. 18 aprel 2014-cü ildə Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Cəlal Əliyev Həsən bəy Zərdabi adına mükafatla təltif olunub.   Allah rəhmət eləsin! BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər