Nazpəri Dostəliyeva: "Ölkəni tərk etməyə hazırlaşıram" (VİDEO)

Nazpəri Dostəliyeva: Ölkəni tərk etməyə hazırlaşıram (VİDEO)
Video
Şou-biznes 1912

 

Xalq artisti Nazpəri Dostəliyeva ANS kanalında yayımlanan "Yoldaş Rövşanə” verilişinin qonağı olub.

BAKU.WS məlumat verir ki, müğənni efirlərə hələ də buraxılmadığını və ölkəni tərk etmək istədiyini deyib:

"Başqa ölkələrdən təkliflər almışam. Bunları qəbul etməyi düşünürəm. Ölkəni tərk etməyə hazırlaşıram, çünki fəaliyyətimi dayandırmaq istəmirəm. Televiziya rəhbərlərindən incimişəm. 3 ildir susuram. Heç bir qanuna əsaslanmadan mənə efir qadağası qoyublar. Mən özümə yox, xalqa aidəm. Onların ixtiyarı nədir bir xalq artistinə qadağa qoysunlar? Bir toya hər kəs kimi mən də qonorar qarşılığında getdim. Bunu siyasiləşdirib, mənə qadağa qoydular. Məni əhatə edən haqsızlıqdır, paxıllıqdır. Bəzi bədbəxtlərin məni gözü götürmür. Sevənlərim bundan sonra məni başqa ölkənin kanallarında görəcəklər".

BAKU.WS

Son xəbərlər