Azərbaycanlı rejissor 8 qəpik borca görə ölkədən çıxa bilmir (FOTO)
Azərbaycanlı rejissor Zorikin (Zöhrab Ağayev) ölkədən çıxışına qadağa qoyulub.
BAKU.WS məlumat verir ki, bu barədə lent.az-a açıqlamasında rejissor bildirib:
"Təhsilimlə əlaqədar dekabrın 14 İstanbula yola düşmək istəyirdim. Lakin Hava Limanında mənim qarşımı kəsdilər, dedilər ki, "Vergilər Nazirliyinə borcun var, ölkədən çıxışıma "stop” qoyulub, ölkəni tərk edə bilməzsən”. Mən də bu xəbəri eşidən kimi dərhal getdim Vergilər Nazirliyinə. Orada da mənə dedilər ki, 8 qəpik borcun var. Mən də 8 qəpik vergimi ödədim. Vergimi ödədikdən sonra dekabrın 19-da ikinci dəfə Hava Limanından ölkəni tərk etmək istədiyim zaman eyni situasiya ilə qarşılaşdım. Dedilər ki, Vergilər Nazirliyinə borcun var. Mən də onlara dedim ki, 8 qəpik borcum var idi, ödəmişəm. Onlarda mənim sözlərimə cavab olaraq söylədilər ki, ölkədən çıxışınıza qoyulan qadağa hələ də qüvvədədir. Onların sözündən sonra mənim ürəyim getdi. İndi-indi özümə gəlirəm. Onu deyim ki, bu hadisəyə görə bir çox insanlar cəzalanacaq. Başıma gələnlərdən sonra susdum. Bu saata qədər susurdumsa, bu o demək deyil ki, kimdənsə çəkinirdim, qorxurdum. Sadəcə qanunlarımıza inanırdım. Mənim heç kimdən qorxum yoxdur. Ad günümü Bakıda keçirib, yenidən İstanbula yola düşəcəm. Bu vaxt isə qarşımı heç kim kəsə bilməz. Çünki heç bir banka borcum yoxdur, cinayətkarda deyiləm ki, çıxışıma qadağa qoysunlar. Belə bir şayiədə yayılıb ki, guya hansısa müğənni ölkədən çıxışıma qadağa qoyub. Bu, gülməlidir. Dünya dərəbəyilik deyil. Heç kim kimsəyə qadağa qoya bilməz, heç bir müğənnin başı üçün deyil ki, mənə qadağa qoysun”.
Rejissor onu da əlavə edib ki, bu məsələyə görə Daxili İşlər Nazirliyinə müraciət edib:
"Haqlı olaraq Daxili İşlər Nazirliyinə müraciət elədim. Onlarda mənim ölkədən çıxışımla bağlı heç bir problemin olmadığını bildirdi. Ona görə də barəmdə danışanlar susalar yaxşı olar. Çünki mən danışsam, həmin adamları biabır edəcəyəm”.
BAKU.WS
Oxşar xəbərlər
Vergilər Nazirliyi müğənniləri cərimələdi (10, 20 və 30 min)
Bu gün müğənnilərin əksəriyyəti Vergilər Nazirliyinə dəvət olunub. BAKU.WS məlumat verir ki, müğənnilər vergiləri vaxtlı-vaxtında ödəmədiyi üçün nazirlik onlar...